SON DƏQİQƏ! İstirahət mərkəzinin fəaliyyəti dayandırıldı saxlanılanlar var - FOTOLAR

SON DƏQİQƏ! İstirahət mərkəzinin fəaliyyəti dayandırıldı saxlanılanlar var - FOTOLAR

İyunun 14-dən 15-ə keçən gecə xüsusi karantin qaydalarını kobud şəkildə pozaraq əyləncə məclisi təşkil edən "Sun Set" istirahət mərkəzinin fəaliyyəti dayandırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Obyekt sahibi və məclisdə iştirak edən 11 nəfər inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimə ediliblər.

"Sun Set" istirahət mərkəzi Xaçmaz rayonu ərazisində yerləşir.

 

BAXAR.AZ


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR