Yerevana giriş-çıxışlar bağlanıb

Yerevana giriş-çıxışlar bağlanıb

Yerevana gedən bir sıra yollar, eləcə də şəhərin bəzi küçələri Sarukyanın yük maşınları, avtobuslar və minik avtomobilləri ilə bağlanıb.

BAXAR.AZ “Aysor”a istinadən xəbər verir ki, Yerevan-Abovyan magistral yolunda maşınların hərəkətinin qarşısı alınıb.

Bildirilib ki, taksi sürücüləri “Dalma moll” ticarət mərkəzinə aparan yolu bağlayıblar.

Qeyd edək ki, iyunun 16-da Ermənistan parlamentində Çiçəklənən Ermənistan Partiyasının sədri, Sarukyan fraksiyasının lideri, milyonçu siyasətçi Qagik Sarukyanın deputat toxunulmazlığının aradan qaldırılması müzakirə olunur. Bu barədə Ermənistanın Baş Prokurorluğu parlamentə vəsatət təqdim edib. Ali qanunverici orqanın binası qarşısında etraz aksiyası keçirilir. Polis 100-dən çox aksiya iştirakçısını saxlayıb. 

report.az


OXŞAR XƏBƏRLƏR