Lala Quliyeva:

Lala Quliyeva: "Cəmiyyətdə polisə qarşı bir nifrət hissi yaranır"

Polis necə olmalıdır? Bu sualın cavabı birdir: Verilən tapşırıqları yerinə yetirməlidir. Polis qanunu poza bilərmi? Təbii ki, yox. Polis hər bir vətəndaşın yanında olmalıdır, onun tapdalanan hüquqlarını qorumalıdır. Amma bir neçə gün bundan qabaq polisin vətəndaşlara qarşı davranışı, illər boyu mitinqlərin polis tərəfindən dağıdılması heç də yaddan çıxmayıb. İndi biz nə edək? Bir tərəfdən əmrə tabe olan polislər, digər tərəfdən isə öz hüquqlarından istifadə etmək istəyən, öz problemlərindən danışmaq istəyən vətəndaşlar mitinq və piket keçirmək istəyirlər və polis tərəfindən amansızlıqla üzləşirlər. Bəzən səhv qərarlara görə, bütün polislər  cəmiyyətin gözündən düşür, polisə qarşı  bir nifrət hissi  yaranır. Belə olan halda kim polisə güvənər? Uşaqlardan tutmuş böyüklərə qədər polisə qarşı qorxu, inamsızlıq hisləri yaranıb. Polis cinayətkarı həbs etmək üçün onun dalınca qaçanda, vətəndaşlar həmin cinayətkarı saxlamaq əvəzinə, polisə kömək etmək əvəzinə, cinayətkara kömək edirlər ki, o, tez çıxsın aradan. Bu hal çox üzücüdür. 

Xəbərlərə baxanda ABŞ-da və Avropa ölkələrində polisin mitinq iştrakçılarına qarşı zor tətbiq olunmasını görürük. Baxın, ABŞ-ın Minneapolis şəhərində  dələduzluq iddiası ilə saxlanılan qaradərili Corc Floydun polis tərəfindən öldürülməsi, bu şəhərin sakinlərini ayağa qaldırdı. Bundan sonar 50-dən çox şəhərdən aksiyalar başlandı. Polisin aksiya iştrakçılarına qarşı güc tətbiqinib şahidi olduq. Və sonra bir neçə şəhərdə polislər etirazçılarla həmrəylik nümayiş etdirdilər, onlarla bir yerdə diz üstə oturdular. Və etirazçıların rəğbətini qazandılar. Aksiya iştrakçılarına qarşı zor tətbiq etməsinə baxmayaraq polisin böyük hörməti var. 

İndi sosial şəbəkələrdə, mətbuatda polisin nüfuzunu artırmaq  üçün dəstək kampaniyası gedir. Söz yox, polislər də Azərbaycan Respublikasının vətəndaşıdırlar. Bu hardasa süni görsənir. Sadəcə hər şey polislərin özlərindən asılıdır. Qanun çərçivəsində vətəndaşlarla rəftar etsələr istər, istəməz onlara inamı, nüfuzu və hörməti bərpa olunar. 

Bu demokratik cəmiyyət üçün çox vacib amildir.

Lala Quliyeva

ALDP Qadınlar Şurasının sədri


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR