Danimarka hökuməti vətəndaşlara birbaşa yardım paylayacaq

Danimarka hökuməti vətəndaşlara birbaşa yardım paylayacaq

Danimarka koronavirus pandemiyasından əziyyət çəkən əhaliyə birbaşa yardım paylayan ölkələr sırasına qoşulub. Ölkənin Maliyyə Nazirliyinin bu yayılan açıqlamasına görə, 2020-ci ilin oktyabrından gec olmayaraq Danimarkanın işləyən vətəndaşları adambaşına 19 min krona qədər(3 min dollara yaxın) ödəniş alacaqlar. Ümumilikdə bu dəstəyi təmin etmək üçün 60 milyard kron(9,04 milyard dollar) sərf olunması nəzərdə tutulur.

BAXAR.AZ musavat.com-a istinadən xəbər verir ki, Birbaşa ödənişləri vermək üçün Danimarka bir müddət əvvəl dayandırdığı məzuniyyət mükafatlarından istifadə olunacaq.

Dayandırılma işçilər pensiyaya çıxanda daha yüksək pensiya almaları məqsədilə tətbiq olunmuşdu. Adambaşına nə qədər məbləğ ödəniləcəyi işçinin 1 sentyabr 2019-cu il-avqust 2020-ci il aralığında topladığı müavinət məbləğindən asılı olacaq.

İşləyənlərə birbaşa ödənişlərlə yanaşı, Danimarka parlamenti pensionerlər və sosial müavinət hesabına yaşayanlara maliyyə yardımını nəzərdə tutan qanun qəbul edib. Belə vətəndaşlar adambaşına 1000 kron(151 dollar) alacaqlar.

Qeyd edək ki, koronavirus pandemiyasına görə ABŞ, İspaniya, Yaponiya, Sinqapur vətəndaşlara birbaşa yardım paylayıblar.
Azərbaycanda 600 min işsiz şəxsə iki dəfə 190 manat müavinət ödənib.

 


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR