Kamran Yunisdən Bəhram Bağırzadə ilə bağlı açıqlama: “Başqa xəstəlikdən əziyyət çəkir”

Kamran Yunisdən Bəhram Bağırzadə ilə bağlı açıqlama: “Başqa xəstəlikdən əziyyət çəkir”

“Allah köməyin olsun, sənətkar… Amma mən bildiyim, eşitdiyim qədər sən koronavirusdan yox, başqa xəstəlikdən əziyyət çəkirsən”.

BAXAR.AZ konkret.az-a istinadən xəbər verir ki, bunu aktyor Kamran Yunis Bəhram Bağırzadə ilə bağlı deyib.

“Lütfən insanları siyasət qurbanı eləməyin. Lütfən. Bəy, Allah sizə və bizə yar olsun!!!” – K.Yunis əlavə edib.

Qeyd: Yayılan məlumata görə, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb. Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR