Həftəsonu bu istirahət mərkəzinə rekord sayda turist səfər edib
İyunun 14-ü saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında sərt karantin rejimi tətbiq edilib.
BAXAR.AZ qazet.az-a itinadən xəbər verir ki, sərt karantindən öncə digər şəhər və rayon qeydiyyatında olanların əksəriyyəti turizm məkanlarına üz tutublar.
Bu həftəsonu isə Nabrana rekord sayda turist səfər edib.
Xaçmaz ŞİH-nin Nabran İƏD üzrə nümayəndəsi Nəzakət İskəndərova Qazet.az-a açıqlamasında bildirib ki, həftəsonu Nabrana 5 mindən çox qonaq gəlib.
“Turistlər gəlirlər. Bu həftəsonu say artıb. İstirahət mərkəzləri qaydalara əməl edərək fəaliyyət göstərirlər. Hotellərdə maskadan istifadə məcburidir. Girişdə hərarət ölçülür və spirtdən istifadə edilir”, – deyə Nəzakət İskəndərova qeyd edib.