Qaradağ polisindən karantini pozanlara qarşı çox maraqlı addım - VİDEO

Qaradağ polisindən karantini pozanlara qarşı çox maraqlı addım - VİDEO

Qaradağ rayon Polis şöbəsi pandemiya günlərində qeyri-adi və maraqlı bir tədbirlə diqqət çəkib.

Belə ki, rayonun polis əməkdaşları karantin rejimini pozan vətəndaşlara yaxınlaşaraq 5 milli qəhrəmanın adını söylədikləri təqdirdə onlara qarşı inzibati protokol tərtib etməyəcəklərini bəyan ediblər.

Polislərin keçirdiyi bu aksiya sosial şəbəkə izləyiciləri tərəfindən müsbət qarşılanıb. Çəkilən videoçarx həm pandemiya şəraitində nizam-intizamlı olmağa dəvət, həm də Qarabağ şəhidlərinin xatirəsinin bir daha yad edilməsi məqsədi daşıyır.

 


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR