Yoluxma faktları

Yoluxma faktları "ikinci dalğa" narahatlıqlarını artırıb

Ötən həftə sonu Pekində təxminən 100 yeni koronavirus faktı aşkar edilib. Çindəki rəsmi şəxslər bölgədəki evləri ziyarət edərək vərəndaşlardan ikinci dalğa virusun yayıldığı nöqtə olduğu düşünülən Xinfadi tərəvəz və meyvə bazarını ziyarət edib etmədiklərini ya da ziyarət edən birisilə təmas qurub qurmadıqlarını soruşurlar.

Pekindəki yoluxmalar koronavirus pandemiyasının yenidən canlanacağına dair narahatlıqları artırıb.

Bazar ertəsi günü Yaponiyada 48 yeni koronavirus hadisəsi müəyyən edilib və bu infeksiyaların az qala yarısına yaxınının gecə klubları ziyarətləri ilə əlaqəlidir.

İngiltərədə ilk əhəmiyyətdə olmayan məhsulların satıldığı mağazalar Mart ayından bu yana ilk dəfə açılıb.

ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu, peyvənd tapılana qədər ABŞ-a ziyarətlərin açılmaması tövsiyyəsini edib.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR