Oleq Jdanov: Azərbaycan Qarabağ məsələsini güc yolu ilə asanlıqla həll etmək imkanına sahibdir - VİDEO

Oleq Jdanov: Azərbaycan Qarabağ məsələsini güc yolu ilə asanlıqla həll etmək imkanına sahibdir - VİDEO

Ermənistan heç bir zaman suveren dövlət olmayıb. İrəvanın xarici siyasətini isə həmişə Moskva formalaşdırıb. Ermənistanda baş verən son hadisələri və Moskvanın tədricən İrəvandan üz döndərməsini nəzərə alsaq, bu gün Azərbaycan üçün tarixi şans yaranıb.

BAXAR.AZ xəbər verir ki, Bu sözləri axar.az-a açıqlamasında ukraynalı hərbi ekspert Oleq Jdanov deyib. Onun sözlərinə görə, Azərbaycanın Qarabağ məsələsini güc yolu ilə asanlıqla həll etmək imkanına sahib Ordusu var:

“Bakı bir hərbi əməliyyatla istədiyinə nail ola bilər. İndi yalnız Moskvanın müdaxiləsi ilə bağlı siyasi məsələləri həll etmək qalır. Ermənistan havadarlarının köməyinə ümid edirsə, Qarabağ münaqişəsinin həlli üçün Azərbaycana öz Ordusundan başqa heç kim lazım deyil”.

O qeyd edib ki, hərbi tərəfdaşlara və əsgərlərin tədrisi ilə bağlı təcrübə mübadiləsinə malik olan Azərbaycan öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətini və ən çətin vəzifələrin yerinə yetirilməsinə hazırlığını daim artırır:

“Hərbçilərin əsas şüarı var: təlimlər maksimum döyüş şəraitinə uyğun keçirilməlidir. Ən yaxşı təlimlər döyüş əməliyyatları ehtimal olunan yerlərdə aparılır. Azərbaycan Ordusu Qazaxıstan dağlarında da təlimlər keçirməyi planlaşdırır. Bu, o deməkdir ki, Azərbaycan Ordusunun xüsusi təyinatlıları Dağlıq Qarabağ dağlarında maksimum səmərəli fəaliyyət göstərməyə və ərazilərin azad edilməsi ilə bağlı qarşıya qoyulmuş mühüm tapşırığı həll etməyə hazırdır”.(axar.az)


OXŞAR XƏBƏRLƏR