Azyaşlı qızı kimsəsiz yerə aparıb... – Abşeronda şok olay

Azyaşlı qızı kimsəsiz yerə aparıb... – Abşeronda şok olay

Abşeron rayonunda azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən Zaur Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BAXAR.AZ musavat.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Vaqif Həsənovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 17-nə təyin olunub.

İttihama görə, Abşeron rayon sakini Zaur Həsənov rayon ərazisində azyaşlı qıza əxlaqsızlıq hərəkətlər törədib. Onun valdeyinləri baş verən hadisə ilə bağlı Abşeron rayon Polis İdarəsinə müraciət ediblər.

Araşdırmalar zamanı məlum olub ki, Zaur Həsənov cinsi ehtirasını söndürmək üçün azyaşlı qızı kimsəsiz yerə aparıb və orada ona qarşı çirkin niyyətini həyata keçirib.

İstintaq orqanı tərəfindən Zaur Həsənovun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR