700 pişiyi restorana satarkən saxlanıldılar

700 pişiyi restorana satarkən saxlanıldılar

Yeni növ koronavirus (COVİD-19) infeksiyasından sonra pişik və iti ətinin restoran və kafelərdə istifadəsi qadağan olunsa da, qaçaqmalçılar gizlin yolla bu işi davam etdirməkdədir. 

BAXAR.AZ xəbər verir ki, Çinin Şanxay əyalətinin Linfen şəhərində 700 pişik restorana satılarkən saxlanılıb.

Rəsmilərin bildirdiyinə görə, bir sıra infeksion, parazit xəstəliklər heyvanlardan insanlara keçdiyindən it, pişik və digər bəzi heyvanların ətinin restoran, kafelərdə istifadəsi qadağan olunub. Lakin bu qərardan sonra qaçaq yolla bu işi davam etdirənlər çoxalıb. 
 
Pandemik xəstəliklərlə məşğul olan "Global Virome Projesi" qurumunun açıqladığına görə, vəhşi heyvanlar  aləmində 1,7 milyondan çox kəşf edilməmiş virus var. Bu virusların insan həyatı üçün təhlükəli olduğu ehtimal olunur. 

ölkə.az


OXŞAR XƏBƏRLƏR