Qonşu ölkədə güclü zəlzələ baş verib

Qonşu ölkədə güclü zəlzələ baş verib

Türkiyədə 5,7 bal gücündə zəlzələ olub. Türkiyənin Bingöl vilayətinin Karlova qəsəbəsində baş verən güclü zəlzələdə 18 nəfər yaralanıb, 1 nəfər ölüb.

BAXAR.AZ-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə ərazidə olan vitseprezident Fuad Oktay bildirib. 

F.Oktay deyib ki, yerli vaxtla saaat 17:24-də baş verən 5.7 maqnitudalı zəlzələdən sonra indiyədək 46 təkan qeydə alınıb. 

Qeyd edək ki, Daxili İşlər Naziri Süleyman Soylu, Ətraf Mühit və Şəhrəsalma Naziri Murat Kurum da təbii fəlakət zonasına gediblər.

inter.az


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR