Azərbaycanda 15 yaşlı qıza təcavüz edildi

Azərbaycanda 15 yaşlı qıza təcavüz edildi

Bakının Pirallahı rayonunda on altı yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan Əli Fərhad oğlu Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BAXAR.AZ-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Pirallahı rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əkrəm Qəhrəmanovun icraatına verilib.

Qapalı keçirilməsi nəzərdə tutulan cinayət işinin araşdırılması iyunnun 19-na təyin olunub.

İttihama görə, Əli Əliyev Pirallahı qəsəbəsində 15 yaşşlı qızla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

demokrat.az


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR