SON DƏQİQƏ! Erməni aparıcı Türkiyəni təhqir elədikdən sonra insanlar telekanalın binasını mühasirəyə aldı

SON DƏQİQƏ! Erməni aparıcı Türkiyəni təhqir elədikdən sonra insanlar telekanalın binasını mühasirəyə aldı

Hurriyyet.org xəbər verir ki, Livanda erməni mənşəli aparıcı Neshan Der Harutunyanın (Neshan Der Haroutounian) Türkiyəni təhqir elədiyi televiziya kanalının qarşısına etiraz aksiyası keçirilib.

BAXAR.AZ hurriyyet.az-a istinadən xəbər verir ki, New TV aparıcısı Harutunyanın dünən axşam apardığı canlı translyasiya zamanı Türkiyə əleyhinə səsləndirdiyi təhqirli ifadələr Livan əhalisinin böyük bir qismində etiraz doğurub. Kanalın paytaxt Beyrut şəhərində yerləşən mərkəzinin qarşısında və ölkənin şimalındakı Trablusşam (Livan Tripolisi) şəhərində nümayişlər keçirilib.

Osmanlı dövlətini, Türkiyəni və prezident R.T.Ərdoğanı dəstəkləyən şüarlar qaldıran nümayişçilər bu aparıcının çıxışının Livanla Türkiyə dostluğuna və müsəlmanların tarixi ilə bağlı Livanın milli birliyinə qarşı fitnə olduğunu bildiriblər. Etirazçılar qalmaqallı çıxışa görə kanalın Türkiyədən üzr istəməsini tələb ediblər. Onlarla livanlı gənc şəhərdə avtomobil və motosikletlərlə dövrə vuraraq Türkiyəni dəstəklədiklərini bəyan ediblər.

Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Selim Kıran etirazçıların videosunu sosial hesabında paylaşaraq yazıb: “Dünən bir zavallı Livandakı televiziya kanalında Türkiyə dövlətini və möhtərəm prezidentimizi qəbuledilməz ifadələrlə təhqir eləməyə cəhd edib. Bu gün Livan xalqı həmin telekanalın qarşısında toplaşaraq bu tərbiyəsizliyə qarşı etirazını bəyan elədi”.

Livanlı vəkil Məhəmməd Ziyad Caafi təhrikedici ifadələrinə görə Der Harutunyanla bağlı məhkəməyə müraciət elədiyini bildirib.

Der Harutunyan dünən axşam efridə canlı yayımlanan verilişdə Ərəb Birliyi Partiyasının lideri və keçmiş ətraf mühit naziri  Viam Vehhab ilə söhbətində osmanlı dövlətinin və prezident R.T.Ərdoğanın əleyhinə təhqirlər səsləndirmişdi.

 


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR