Mehman Hüseynov xəstəxanadan paylaşdığı şəkliylə kimə mesaj göndərdi -  FOTOLAR

Mehman Hüseynov xəstəxanadan paylaşdığı şəkliylə kimə mesaj göndərdi - FOTOLAR

"Bu onkoloji şiş hələ də bilmir ki, kimin bədəninə girib..."

Hazırda xərçənglə mübarizə aparan bloger Mehman Hüseynov sosial şəbəkədə bir paylaşım edib.

BAXAR.AZ musavat.com-a istinadən xəbər verir ki, M.Hüseynov dovşan paltarında bir foto çəkdirib və fotonu "Xərçənglə mübarizə aparan dovşan" başlığı ilə paylaşıb.

M.Hüseynov həmçinin belə bir fotonu niyə çəkdirdiyini də belə izah edib: "Məni mualicə edən həkimlər hələ də şokdadır. Anlamırlar nə baş verir. Yəqin fikirləşirlər ki, başım qaçıb. Həkim deyir ki, ay Mehman, indiyə qədər ağır xəstəliklə mübarizə aparan insanları çox görmüşük. Onlar ağır vəziyyətdə ola-ola arzuları olub. Misal üçün, kimsə xüsusi bir yemək, kimsə valideynlərini, kimsə dostlarını görmək istəyib və s. Amma həkimlik karyeramızda ilk dəfədir görürük ki, pasiyent dovşan paltarı arzulayır. Bu onkoloji şiş hansı insanın bədəninə girib, hələ də anlamır. Dedim doktor, siz bunu heç vaxt başa düşməyəcəksiz. Çünki təsəvvür edə bilməzsiz ki, mən hansı ölkədə yaşayıram".

 


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR