Ayrılan pullar mənimsənilir, iş görülmür - Elşad Musayev

Ayrılan pullar mənimsənilir, iş görülmür - Elşad Musayev

Dövrümüzün yezidlər var. 

BAXAR.AZ-a açıqlamasında bunu Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib. O bildirir ki, kənd təsərrüfatının inkişaf etməməsinə səbəb kəndlərdə suyun olmamasıdır:

"Hər yay fəsli gələndə əksər kəndlərimiz su qıtlığı, insanlarımız zülm çəkir. Milyonlarla ton məhsul susuzluqdan tağın üstündə yanıb məhv olur. Bazarlar bahalıqdan od tutub yanır. İllər keçir, vəziyyət isə dəyişmir ki, dəyişmir."

O bildirib ki, hər il bu sahəyə milyonlarla manat vəsait ayrılır. Lakin həmin vəsaitlər mənimsənilir:

"Məlum olur ki, içməli və əkin üçün lazım olan su qıtlığını aradan götürmək üçün hər il sərəncamlar verilir və milyonlarla vəsait ayrılır.

Bu il də prezident sərəncamlar verib və milyonlarla vəsait ayrılıb. Yenə dəyişiklik yoxdur. Deməli, ayrılan pullar mənimsənilir, iş görülmür. Ümumuyyətlə, sərəncamların icrasına nəzarət edən orqanlar və onların rəhbərləri var, ya yox? Ayrılan vəsaitlər hara gedir?Kim nə qədər mənimsəyir? Dəfələrlə demişəm, illərdir Meliorasiya və su təsərrüfatına Əhməd Əhmədzadə adlı köhnə mafioz baxır, ayrılan pullar da onun sərəncamına verilir.

Araşdırın , kim nə qədər götürür? Bir Əhməd Əhmədzadənin şəxsi imkanlarını hesablasaq onunla ölkənin kəndlərinin böyük bir hissəsinin su problemini həll etmək olar.

Bu qədər insafsızlıq etmək olmaz..."

BAXAR.AZ


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR