Qardaş ölkədə şiddətli zəlzələ baş verdi, evlər çökdü, yaralılar var

Qardaş ölkədə şiddətli zəlzələ baş verdi, evlər çökdü, yaralılar var

Türkiyədə güclü zəlzələ olub.

AZSABAH.COM-un Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 17.24 radələrində baş verən zəlzələ Bingölün Karlıova qəsəbəsində 5,7 bal gücündə olub.

Məlumata görə, zəlzələ nəticəsində 10 ev çöküb, 7 nəfər yaralanıb.

Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu Karlova qəsəbəsinin Kaynarpınar kəndindəki jandarmanın müşahidə qülləsinin uçduğunu, bir nəfərin dağıntılar altında qaldığını, iki nəfərin isə yüngül xəsarət aldığını deyib.

Dinarbey və Elmali kəndlərində 10 evin çökdüyü, 4 nəfərim dağıntı altından çıxarıldığı bildirilir.

 


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR