Eks-Nazir oğlu işdən çıxarıldı
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin daha bir əməkdaşı işdən çıxarılıb.
BAXAR.AZ unikal.org-a istinadən xəbər verir ki, şöbənin sektor müdiri Rüfət Əliyev tutduğu vəzifədən azad edilib
R. Əliyev sabiq Tikinti və sənaye naziri Ənvər Əliyevin oğludur.
Qeyd edək ki, bu şöbənin daha 5 əməkdaşı işdən çıxarılmışdı. Sözügedən şöbənin müdiri Zeynal Nağdəliyevdi.