SON DƏQİQƏ! Baş Polis İdarəsi dərhal hərəkətə keçdi - FOTO

SON DƏQİQƏ! Baş Polis İdarəsi dərhal hərəkətə keçdi - FOTO

BAXAR.AZ AZTimes.az-a istinadən  xəbər verir ki, dünyada vüsət alan koronovirus pandemiyasının ölkəmizdə daha çox itkiyə səbəb olmaması məqsədi ilə tətbiq olunan sərtləsdirilmiş karantin günlərinə sayılı saatlar qalmış Bakı şəhəri Nəsimi rayonu Ziyadxan küçəsinin sakinləri OBA marketin qarşısında günlərlə evsiz, kimsəsiz şəxsin  qalması barədə müraciət ediblər.

Onlar bildiriblər ki, dəfələrlə 102 və 103 xidmətlərinə, Nəsimi rayon 19-cy Polis şöbəsinə muraciət etmələrinə baxmayaraq heç bir reaksiya olmayıb. Bundan sonra azad media nümayəndələri BŞBPİ ilə əlaqə saxlayaraq məsələ barədə məlumat verib. Anında məsələ nəzarətə götürülub, əraziyə Təcili Tibbi Yardım əməkdasları və polis cəlb olunub. Vətəndaşa ilk tibbi yardim göstərildikdən sonra aidiyyatı üzrə sığınacağa yerləşdirilib.

 


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR