Yanacaq tankeri partladı -SON DƏQİQƏ!
Çinin Çjetszyan əyalətində yanacaq tankerinin aşması nəticəsində güclü partlayış baş verib.
BAXAR.AZ xəbər verir ki, hadisə əyalətin Vinlinq şəhərinin Lianşan qəsəbəsi yaxınlığındakı Şenyan-Xaykou şosesində olub.
Hadisə zamanı 18 nəfər ölüb, 100-dən artıq insan isə xəsarət alıb.
Məlumata görə, partlayışın gücündən ətrafdakı binalar da dağılıb.
Dağıntılar altında qalanların axtarışı davam edir.
Hadisə yerinə 450-dən çox yanğınsöndürən, xilasedicilər, tibb işçiləri və polis əməkdaşları cəlb edilib.