Türkiyə və Rusiya qarşı-qarşıya: Şiddətli döyüşlər baş verəcək

Türkiyə və Rusiya qarşı-qarşıya: Şiddətli döyüşlər baş verəcək

Liviya ordusu strateji əhəmiyyətə malik Sirt şəhərini Xəlifə Haftarın nəzarətindən azad etmək üçün ciddi hazırlıqlara başlayıb.

BAXAR.AZ xəbər verir ki, Haftarı dəstəkləyən əsas ölkələrdən biri Rusiya üçün Sirt şəhəri “qırmızı xətt” hesab olunur. Məsələ burasındadır ki, Rusiya Suriyanın Hmeymim bölgəsində qurduğu bazanın oxşarını Sirt şəhərində qurmaq istəyir. Məqsəd NATO-nu cənubdan mühasirəyə almaqdır. Lakin bu şəhər Türkiyənin fəal dəstək verdiyi Liviyanın mərkəzi hökuməti üçün də böyük əhəmiyyət daşıyır.

Liviyada hesab edirlər ki, Sirt şəhəri olmadan ölkədə siyasi birliyi və torpaq bütövlüyünü təmin etmək mümkün olmayacaq. Lakin Sirt Liviya ordusuna məxsus müdafiə sistemlərinin radiusundan uzaqda yerləşdiyi üçün şəhəri azad etmək elə də asan olmayacaq. Çünki, şəhər müdafiə sistemlərinin hədəfindən uzaq yerləşdiyi üçün Haftar qüvvələrinin nəzarətindəki pilotsuz aparatlar ərazidə sərbəst uçuşlar təşkil edə bilir. Üstəlik  Sirt aran ərazidə yerləşir. Bu hücum edən tərəf üçün arzuolunan hal deyil.

Bütün bunlar göstərir ki, yaxın günlərdə Türkiyənin dəstəklədiyi Liviya ordusu ilə Rusiyanın dəstəklədiyi Haftar qüvvələri arasında şiddətli döyüşlər baş verəcək. Qeyd edək ki, Liviya ordusu Sirtin ətrafındakı bir neçə qəsəbəni ciddi itkilər hesabına azad etmişdi.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR