Rəhim Qazıyevin döyülməsi ilə bağlı son məlumat - RƏSMİ

Rəhim Qazıyevin döyülməsi ilə bağlı son məlumat - RƏSMİ

Rəhim Qazıyev bu gün Bakı küçələrinin birində döyülüb. 

BAXAR.AZ xəbər verir ki, Rəhim Qazıyev hazırda Bakı Şəhəri Yasamal RPİ-nin 28-ci Polis Bölməsində baş verən hadisə ilə bağlı izahat yazır. Rəhim Qazıyevin vəziyyəti normaldır, ona ilkin tibbi yardım göstərilməyib.

Rəhim Qazıyevin xəsarət alması ilə nəticələnən faktla bağlı CM-nin 221.1-ci maddəsi ilə Yasamal RPİ İstintaq şöbəsində cinayət işi başlanıb. 

Bu barədə Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, faktın törədilməsində ehtimal olunan şübhəli şəxs vardır: “Hazırda araşdrımalar davam etdirilir”.

Fərid İMRAN
BAXAR.AZ


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR