Sabir Rüstəmxanlı Rusiya səfirini təbrik edib

Sabir Rüstəmxanlı Rusiya səfirini təbrik edib

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri cənab Boçarnikov Mixail Nikolayeviçi Rusiya günü münasibəti ilə təbrik məktub göndərib...

 

Məktubda millət vəkili “Rusiya günü”nün tarixinə toxunub: “1990-cı il iyunun 12-də RSFSR-in dövlət suverenliyi haqqında bəyannamənin qəbulu Rusiyanın tarixində yeni mərhələnin başlanğıcı oldu. Bununla Rusiya tarixdə ilk dəfə siyasi plüralizm, demokratiya, bazar iqtisadiyyatı yoluna qədəm qoydu. Bu proses həm də sovet respublikalarının dövlət müstəqilliyi qazanması prosesinə ciddi təkan vermiş oldu”.

Sabir Rüstəmxanlı məktubda Azərbaycan Rusiya münasibətlərinə toxunaraq səfirə xoş arzularını çatdırıb: “Azərbaycan ictimaiyyəti Rusiya dövlətinin ölkəmizin ərazi bütövlüyünün bərpası üçün mövqeyini hər zaman diqqətlə izləyib. İnanırıq ki, Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra böyük tarixi keçmişə malik Rusiya-Azərbaycan münasibətləri daha uğurlu və dinamik inkişaf yoluna qədəm qoyacaq.

Hörmətli cənab Səfir!

Bir daha Sizi Rusiya günü münasibəti ilə təbrik edir, Sizə diplomatik fəaliyyətinizdə uğurlar, şəxsi həyatınızda xoşbəxtlik arzulayıram”.


OXŞAR XƏBƏRLƏR