SON DƏQİQƏ! Rəhim Qazıyevi küçədə döydülər - FOTO

SON DƏQİQƏ! Rəhim Qazıyevi küçədə döydülər - FOTO

Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyevin yeni görüntüsü yayılıb.

Jurnalist Qənimət Zahidin paylaşdığı fotoda Rəhim Qazıyevin döyüldüyü görünür.

Məlumata görə, sabiq nazir paytaxt Bakıda -  küçələrin birində fiziki təzyiqə məruz qalıb.

Bu gün kimliyi məlum olmayan şəxslər tərəfindən keçmiş müdafiə naziri Rahim Qazıyev döyülüb.

BAXAR.AZ xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Sahib İmanzadə adlı sosial şəbəkə istifadəçisinin paylaşdığı fotolarda R.Qazıyevin ciddi xəsarət aldığı görünür. Onun hansı səbəbdən döyülməsi ilə bağlı hələlik heç bir məlumat yoxdur.

Qeyd edək ki, bir neçə ay bundan öncə Rəhim Qazıyev keçmiş kürəkəni Ramil Əzizov tərəfindən də döyülmüşdü. Rəhim Qazıyevin keçmiş kürəkəni hadisədən dərhal sonra həbs edilmişdi.

 

 


OXŞAR XƏBƏRLƏR