Koronavirusdan vəfat edən xalq artistinin dəfn görüntüləri yayıldı - VİDEO

Koronavirusdan vəfat edən xalq artistinin dəfn görüntüləri yayıldı - VİDEO

Bu gün Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev dəfn olunub.

Xalq artisti dəfn olunan zaman kütləvi toplaşma qeydə alınıb.

Bu barədə görüntülər yayılıb. Dəfndə sosial məsafənin qorunmayıb və COVID-19-dan ölənlərin torpağa tapşırılması proseduru pozulub.

O, Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında - həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev saytımıza açıqlamasında bildirib ki, dəfnin izdihamlı keçirilməməsi üçün polis tərəfindən tədbirlər görülüb:

“Orada 15-20 nəfərə yaxın şəxs iştirak edib. Onlar Xalq artistinin cənazəsinin məzara qoyulan zaman orada olublar”.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR