DƏHŞƏTLİ HADİSƏ: Azərbaycanda vəzifəli şəxs kafedə öldü
Qazax rayonunda kafedə ölüm faktı qeydə alınıb.
Rayon ərazisində yerləşən kafelərin birində 1994-cü il təvəllüdlü Adil Abbas oğlu Abbasov qəflətən ölüb.
Meyit tibbi ekspertizaya aparılıb.
Onun ölüm səbəbi araşdırılır.
Qeyd edək ki, A.Abbasov Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı olub.
Report.az