Aqil Məmmədov kəlbəcərli seçicilərlə görüşdü – FOTOLAR

Aqil Məmmədov kəlbəcərli seçicilərlə görüşdü – FOTOLAR

Kəlbəcər rayonundan millət vəkili Aqil Məmmədov onun ünvanına ərizə və teleqramlarla görüş üçün müraciət etmiş Ağdaş, Daşkəsən, Gəncə şəhərlərində müvəqqəti məskunlaşmış məcburi köçkün seçiciləri ilə Gəncə şəhərində qəbul keçirib.


Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq sosial izolyasiya qaydalarını gözlənilməklə vətəndaşlarla fərdi qaydada görüşən millət vəkili onların müraciət və təkliflərini dinləyib, bəzi müraciətlər yerində cavablandırılıb. Digərləri isə aidiyyatı qurumlarla əlaqəli şəkildə araşdırılaraq nəticəsi haqqında məlumat veriləcəyi bildirilib.
Qəbul zamanı vətəndaşlara ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə koronovirus (Covıd 19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlər barədə məlumat verilib, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına ciddi şəkildə riayət edilməsi tövsiyə olunub.


inpa.az


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR