Yeni pasportlar hazırlanacaq - VİDEO

Yeni pasportlar hazırlanacaq - VİDEO

“May ayının 27-də pandemiya dövründə uçuşlarla bağlı müzakirələr olub və yeni qaydalar müəyyənləşdirilib”.

BAXAR.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev məlumat verib. 

O bildirib ki, bu qaydaları Azərbaycan da tətbiq edəcək:

“Tədbir başlamazdan bir qədər öncə artıq qaydalar rəsmən təsdiq olundu. Beynəlxalq sərnişindaşımalara başlamaq lazımdır”.

AZAL rəsmisi əlavə edib ki, artıq bir sıra ölkələrdən tələblər daxil olur:

“Bəzi dövlətlər COVID-19 pasportunun olacağı, bəzi dövlətlər isə bizim sərnişinlərin oraya getdiyi zaman karantinə alınacaqlarını qeyd ediblər. Lakin heç kim bildirmir ki, karantinə görə ödənişlər necə qarşılanacaq. Təbii ki, bu barədə bilet alan sərnişinlər əvvəlcədən məlumatlı olmalıdırlar”.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR