Müdafiə Nazirliyinin generalı vəzifəsindən azad edildi - SƏRƏNCAM

Müdafiə Nazirliyinin generalı vəzifəsindən azad edildi - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə general-mayor Natiq Əliyev Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan başqa, Müdafiə nazirinin əmri ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Tofiq Tağıyev tutduğu vəzifədən azad edilərək yuxarı vəzifəyə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində baş kardioloq vəzifəsinə təyin edilib.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR