"Razılaşma əldə etdik" – İrəvandan Dağlıq Qarabağ açıqlaması

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi Ermənistan Xarici İşlər Nazirliyi üçün prioritet olaraq qalır”.

BAXAR.AZ xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyan deyib.

Onun sözlərinə görə, 2019-cu ildə xalqları sülhə hazırlamaq və bunun üçün lazımi atmosfer yaratmaq barədə razılığa gəlmək mümkün oldu:

“Bu təşəbbüslərin bir hissəsi olaraq media nümayəndələrinin iştirak etdiyi bir qarşılıqlı səfər proqramı həyata keçirildi”.

Mnatsakanyan münaqişə zonasında vəziyyətin kəskinləşməsinin qarşısının alınmasının vacibliyinə toxunub.

 


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR