Bakıdan ilk uçuşun tarixi açıqlandı

Bakıdan ilk uçuşun tarixi açıqlandı

Koronavirusla bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı yaranan fasilədən sonra Bakı-Naxçıvan arasında ilk uçuş tarixi açıqlanıb.

BAXAR.AZ xəbər verir ki, bunu Operativ Qərargahın brifinqində "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev açıqlayıb.

Vitse-prezident bu uçuşun bir həftə sonra baş tutacağını deyib:

"İyun ayının 18-də Bakı vaxtı ilə saat 12:00-da Bakı-Naxçıvan istiqamətində ilk uçuşumuz gerçəkləşəcək. Elə həmin gün saat 15:00-da ikinci səfərimiz yerinə yetiriləcək".


OXŞAR XƏBƏRLƏR