İtalyan komandirə Türkiyə şoku! – Ratsiyadakı səsi eşidincə..

İtalyan komandirə Türkiyə şoku! – Ratsiyadakı səsi eşidincə..

Hurriyyet.org xəbər verir ki, Türkiyədən Liviyaya yola düşmüş bir yük gəmisinin Yunanıstana məxsus hərbi gəmi tərəfindən Krit sahillərində dayandırılmasına cəhd edilib. Türkiyə ilə Yunanıstan arasındakı “Aralıq dənizi gərginliyi” öz əksini meydanda tapıb. Məlumatı CNN Greece kanalı paylaşıb.

Hər şeyi dayandıran səs

Əməliyyata rəhbərlik edən italyan komandir Yunanıstana məxsus gəmidən vertolyot uçuraraq gəminin nəzarətə alınmasını istəyib. Tanzaniyanın bayrağını qaldırmış “Çirkin” adlı yük gəmisinə yunan vertolyotu yaxınlaşan zaman Türkiyə Dəniz Qüvvələrinin hərbi gəmiləri  meydana daxil olub. Bölgədəki türk gəmisindən müdaxilə eləməyə hazır olan yunan qüvvələrinə ratsiya vasitəsi ilə “Bu gəmi Türkiyə Respublikası Dövlətinin müdafiəsi altındadır” məlumatı verilib”.

İtalyan komandir vertolyotu geri çağırıb

Bu xəbərdarlıq səsləndirildikdən sonra italyan komandir vertolyotu geri qaytarmağı əmr edib. Ardından Yunanıstana məxsus vertolyot geri qayıdıb, yük gəmisi isə Türkiyə Dəniz Qüvvələrinə məxsus üç hərbi gəminin müşayiəti ilə təhlükəsiz şəkildə Liviyaya getməyə davam edib.

Xatırladaq ki ,Türkiyənin xüsusi təyinatlı əsgərləri sayılan SAT komandolarıda həmin gəmidə olduğu söylənildi. SAT komandolarının təlimlərini Müdafiə Nazirliyinə məxsus mediada işıqlandırılmışdır.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR