"Almaniyanı dağıdan İbrahim Məmmədov"

Tanınmış hüquqşünas Aslan İsmayılov hakimiyyəti növbəti dəfə tənqid edib. 

BAXAR.AZ xəbər verir ki, Aslan İsmayılov bu barədə feysbuk sosial şəbəkə hesabında yazıb:

"Hakimiyyətin TV kanallarında koronavirus mövzusunda guya maarifləndirici mövzular müzakirə olunur, ağıl verənlər də Rauf Arifoğlu, Mirşahin Ağayev, əyilən deputat Elman Nəsirov, Almaniyanı dağıdan İbrahim Məmmədov və onların oxşarlarıdır. Bəzən də, bu mövzuda xalqın anlamadığı əndrabadi dildə kağızdan oxuyan hakimiyyət rəsmiləri nə isə deyirlər. Xalq "Təbib"in başçısı Ramin Bayramlını dinləyib problemin ciddiliyini anlamaq istəyərkən yenidən bunlar peyda olur və xalqı çaş-baş salırlar.

Bu hakimiyyət hələ də anlamır ki, bu tip insanlar o qədər yalan danışıblar, xalqı aldadıb oyunlar oynayıblar ki, onların düz sözünə də inanan yoxdur və olmayacaq."


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR