Bu gün Fed faiz qərarını açıqlayacaq - Dollar ucuzlaşır

Bu gün Fed faiz qərarını açıqlayacaq - Dollar ucuzlaşır

Bu gün ABŞ Mərkəzi Bankının (Fed) İyun toplantısı başa çatacaq və dünyanın ən böyük iqtisadiyyatının mərkəzi bankı faiz qərarını açıqlayacaqdır.

Marja xəbər verir ki, Fed-in faizini 0,25% səviyyəsində dəyişməz saxlayacağı, lakin “lazımi dəstəyi vermək” öhdəliyi götürəcəyi gözlənilir.

Fed qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaqdır, saat 22:30-da isə Fed sədri Cerom Pauelin mətbuat konfransı başlayacaqdır. Fed sədrinin verəcəyi açıqlamalar bazarlar tərəfindən diqqətlə dinlənəcəkdir. Bu gün Fed epidemiyadan bəri ilk dəfə məşğulluq və iqtisadi artım hədəflərini açıqlayacaqdır. 

DOLLAR UCUZLAŞIR

Dolların qiyməti Fed-in yığıncağı əvvəlində mühüm valyutalar qarşısında üç ayın aşağı səviyyəsinə geriləyib. Dolların 10 mühüm valyuta qarşısında dəyərini göstərən Bloomberg Dollar İndeksi 0,5% də geriləyərək 1198 səviyyəsinə düşüb (Bakı vaxtı ilə saat 10:20-yə olan qiymət). Norveç Kronu, Avstraliya və Yeni Zelandiya dollarları ABŞ valyutası qarşısında ən çox bahalaşan valyutalardır. Avro/Dollar məzənnəsi 0,1% artımla 1.1353-dən alıcı tapıb.

Daha yumuşaq pul siyasətinə dair gözləntilər dollar üzərində təzyiq yaradır. Fed faizdə dəyişiklik etməsə də, iqtisadiyyatı dəstələmək üçün qiymətli kağızlar alışını artıraraq və ya əlavə borcvermə proqramları ilə dövriyyəyə daha çox pul kütləsi ötürə bilər.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR