SON DƏQİQƏ!  Müddət avqustadək uzadıldı

SON DƏQİQƏ! Müddət avqustadək uzadıldı

BAXAR.AZ APA-ya istinadən xəbər verir ki, Almaniya koronavirus pandemiyası ilə bağlı səyahət xəbərdarlığının müddətini avqustun sonuna qədər uzadıb.

Səyahət xəbərdarlığı Avropadan kənar 160-dan çox ölkəyə aid edilir. 

Almaniya hökuməti martın 17-dən etibarən Avropa İttifaqına (Aİ) üzv olmayan ölkələrlə bağlı səyahət xəbərdarlığı edib. Ötən həftə Almaniya Aİ-yə üzv 27 ölkə və İsveçrə, Lixtenşteyn, Norveç, İslandiya və Böyük Britaniya ilə bağlı səyahət xəbərdarlığını ləğv edib.

Hökumət həmçinin Almaniyaya gələn Aİ vətəndaşları üçün sərhəd yoxlamalarının aradan qaldırıldığını bəyan edib. 
 


OXŞAR XƏBƏRLƏR