SON DƏQİQƏ! Bu il 3-cü dəfə qalib olub, 10 milyon manatdan çox qazanıb

SON DƏQİQƏ! Bu il 3-cü dəfə qalib olub, 10 milyon manatdan çox qazanıb

"Bakı Nəqliyyat Agentliyi" publik hüquqi şəxs "Yol xətlənməsi (ağ və sarı xətlərin çəkilməsi) işləri"nin satın alınması üçün elan etdiyi tenderi yekunlaşdırıb.

BAXAR.AZ elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi "Yol Xətt" MMC-dir.

Agentlik Yol Xətt MMC ilə məbləği 5 milyon 556 min 976 manat olan satınalma müqaviləsi imzalayıb. Müqavilə yol xətlənməsi işlərini nəzərdə tutur.

BU İL 3-CÜ DƏFƏ QALİB OLUB, 10 MİLYON MANATDAN ÇOX QAZANIB

"Yol Xətt" MMC 2020-ci ildə 3-cü dəfədir Bakı Nəqliyyat Agentliyinin elan etdiyi tenderin qalibi olub. Belə ki, Agentlik bu şirkət ilə "Yol nişanları və dirəkləri, sürət məhdudlaşdırıcı süni maneələr, məlumat lövhələri və dirəkləri, tənzimləyici nəqliyyat güzgülərinin alınması və quraşdırılması xidməti" üzrə 4 milyon 779 min 364 manatlıq, "Parklanma yerləri üçün nişanlar" üzrə 48 min 597 manatlıq satınalama müqavilələri də imzalayıb.

3 satınalamanın dəyəri 10 milyon 385 min manatdır.


OXŞAR XƏBƏRLƏR