Rusiya banklarının gəlirləri rekord aşağı səviyyəyə geriləyib

Rusiya banklarının gəlirləri rekord aşağı səviyyəyə geriləyib

Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina video konfrans yolu ilə Rusiya parlamentinin aşağı palatası Dumada iqtisadiyyatdakı proseslərə dair məlumatlar verib.

BAXAR.AZ xəbər verir ki, Nabiullina, "Kovid-19 iqtisadiyyat və maliyyə sisteminə mənfi təsir etdi. Gələcəyə artıq daha optimist baxırıq, çünki məhdudlaşdırmalar ləğv edilir və ticarət təkrar başlayır. Ancaq təxminlərimizə görə iqtisadiyyatın yığışması üçün bir neçə rüb tələb olunur" deyib.

Rusiyanın bank sektorunda da Kovid-19-un təsirlərinin hiss edildiyini vurğulayan Nabiullina, "Rusiya banklarının xalis mənfəəti bu ilin ilk beş ayında 561 milyard rubl səviyyəsindədir. Ancaq bu mənfəətin çoxu ilk üç ayda reallaşıb. Kovid-19 ilə əlaqədar olaraq bank sektorunun xalis mənfəəti mayda rekord aşağı səviyyəyə - 500 milyon rubla geriləyib" ifadələrini istifadə edib.

Nabiullina, ölkədə inflyasiyanın gözlənilən səviyyədə davam etməsi səbəbilə faizi daha da endirmək üçün sahə olduğunu sözlərinə əlavə edib.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR