Rus xalqı Krıma görə utanacaq - Zelenski

Rus xalqı Krıma görə utanacaq - Zelenski

Moskva ilə Kiyev arasındakı əvvəlki münasibətləri bərpa etmək üçün lazım olan müddət hələ bilinmir, lakin Krım Ukraynaya verilməsə, iki xalq arasında münasibətlər qurmaq mümkün deyil.

BAXAR.AZ xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Krım geri qaytarılmadan Ukrayna və Rusiya xalqlarına, gələcək nəsillərə normal, səmimi, mehriban ünsiyyət qurmaq üçün fürsət olmayacaq ", - Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, rus xalqı Krıma görə bir neçə ildən sonra utanacaq.

Prezident əminliklə bildirib ki, yarımada yenidən Ukraynanın olacaq:

“Bu münasibətləri əvvəlki qaydaya salmaq üçün neçə il lazımdır, bilmirəm. Buna cavabım yoxdur. Amma ölkələr coğrafi mövqelərinə görə, bir-birilərinə hörmət etməlidir. Biz qonşuyuq və bu evdə yaşayırıq. Heç kim də heç yana köçməyəcək”.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR