3 törəmə şirkət ləğv edildi
"Delta Qrup C.O." şirkətlər qrupu iyunun 3-də icarət və malların idxalı ilə məşğul olan üç törəmə şirkətinin ləğv olunduğunu elan edib.
“Real Tradinq” MMC (2006-cı ildə yaradılıb), “Delta İmport” MMC (2012) və “Delta Trading Co” MMC-nin fəaliyyətinə xitam verilir (2012).
Bu şirkətlərin hamısı Sumqayıt şəhərində fəaliyyət göstərirdi.
1999-cu ildən fəaliyyət göstərən “Delta Qrup C.O.” MMC-nin iki əsas fəaliyyət sahəsi mövcuddur: yerli istehsalat və distribyutorluq (dağıtım). Əhalinin gündəlik istehlak məhsullarına olan təlabatın təmin edilməsi məqsədi ilə Şirkətin iki böyük zavodu (“Bismak” və "Çörəkçi") fəaliyyətdədir.