Hakim qaradərili futbolçuya təhqiramiz işarə göstərdi - VİDEO

Hakim qaradərili futbolçuya təhqiramiz işarə göstərdi - VİDEO

Latviyada keçirilən “Riqa”- “RFS Riqa”(2:0) yoldaşlıq oyunu beynəlxalq qalmaqala çevrilməyə yaxın olub.

Sports.ru xəbər verir ki, oyundan sonra sosial şəbəkələrdə hakim Andris Treymanisin qırmızı vərəqə ilə cəzalandırdığı “RFS Riqa” klubunun qaradərili futbolçusuna təhqirəmiz barmaq işarəsi göstərdiyi kadrlar yayımlanıb.

Xüsusən, ABŞ-dakı hadisədən sonra yaşanın həssaslığın fonunda hakimin qaradərili futbolçuya qarşı etdiyi qeyri-etik hərəkət müzakirə olunmağa başlayıb.

FİFA referisi, bu mövsüm Çempionlar Liqası və Avroliqanın seçmə mərhələrinin oyunlarını idarə etmiş 35 yaşlı hakim baş vermiş hadisənin əsl səbəbləri barədə açıqlama verib.

Hakim bildirib ki, sözügedən epizodda qaradərili futbolçu rəqib komandanın üzvünə orta barmağını göstərib və qaydalara əsasən onu meydandan qovmaq hakimin vəzifəsidir:

“Futbolçu niyə meydançadan kənarlaşdırıldığını başa düşmək istəmirdi. Mən isə qırmızı vərəqənin səbəbini izah etmək üçün onun jestini təkrar etmək məcburiyyətində qaldım”.

Hakimin müdafiəsinə qırmızı vərəqə alan futbolçunun klubu - “RFS Riqa” da qoşulub.

Klub rəhbərliyi azarkeşlərdən hakimin imicinə xələl gətirən görüntüləri paylaşmamağı xahiş edib.  

Qeyd edək ki, futbol üzrə Latviya çempionatı iyunun 20-də start götürəcək.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR