Dövlət qurumu 5.2 milyonluq maşın alır

Dövlət qurumu 5.2 milyonluq maşın alır

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi avtomobil nəqliyyatı vasitələrinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

BAXAR.AZ vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Gəncə avtomobil Zavodu" İstehsalat Birliyidir.

Qalib şirkətə 5,2 milyon manat ödəniləcək.


OXŞAR XƏBƏRLƏR