Siyavuş Novruzov:

Siyavuş Novruzov: "Uşaq pulu bu ailələrə verilməlidir" - AÇIQLAMA

Uşaq pulunun verilməsinin formulu tapılmalıdır.

REAKSİYA TV-yə açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib. Deputat qeyd edib ki, ehtiyacı olan ailələrin övladlarına uşaq pulu verilməlidir:

"2 ildən artıqdır ki, bu barədə diskusiyalar gedir . Ayrı-ayrı ölkələrin təcrübəsi öyrənilir. Eyni zamanda, deputatların da bu barədə təklifləri var. Lakin uşaq pulunun verilməsinin formulu tapılmalıdır ki, kimə verilməlidir. İnsan var ki, milyarderdir amma uşaq puluna ehtiyacı yoxdu. Hər uşağa uşaq pulu verilsə bu ailə də uşaq pulunu almalıdır . Lakin kənddə yaşayan 3 uşağı olan ailələr də var ki, uşağına paltar almağa pul tapmır. Burada artıq ədalət məsələsi var. Bunun üçün də uşaq pulunun kimlərə verilməsi barədə formul tapılmalı, ehtiyacı olan ailələrə verilməlidir."

 


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR