Alman mütəxəssis Mahir Emrelini Bundesliqa klubuna təklif edib

Alman mütəxəssis Mahir Emrelini Bundesliqa klubuna təklif edib

 U-17 ilə “Caspian Cup”da 2-ci, U-19-la “Qranatkin turniri”ndə 18 komanda arasında 5-ci olan, elə həmin U-19-la elit mərhələyə yüksələn Nikolay Adam Mahir Emreli barədə açıqlama verib.

Hazırda Bundesliqada çıxış edən "Ayntraxt"da çalışan alman mütəxəssis "Futbol+"a müsahibəsində "Qarabağ"ın və Azərbaycan millisinin hücumçusu Mahir Emrelini "Ayntraxt"a təklif etdiyini yazıb: “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışından sonra “Ayntraxt”ın skaut departamentinin rəhbəri Ben Manqa ilə söhbətdə Mahir haqqında məlumat vermiş, vaxtilə rəhbərliyim altında oynadığını və əla potensiala malik olduğunu demişdim. Xüsusən də fiziki göstəricilərini və hər iki ayaqla oynamaq bacarığını vurğulamışdım. Yəni mən öz üzərimə düşəni etmişdim. Mənim “Ayntraxt”da gördüyüm iş ölkə xaricindəki layihələrin hazırlanması, məktəblərin açılması ilə bağlıdır. Belə deyim, əsas, yaxud ikinci komandanın seleksiya işlərinə qarışa bilmirəm. Bəli, mütəxəssis kimi hansısa məsləhət verə bilərəm, təəssüf ki, kiməsə “bunu etməlisiz” demək ixtiyarım yoxdur. Mahir haqda lazım olanları demişdim, ondan sonra nə oldu, bilmirəm. Bilmək olmaz, bəlkə hələ də izləyirlər, maraqlanırlar".

offsideplus.az


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR