Azərbaycan bu ölkədən 215 ton ətir alıb

Azərbaycan bu ölkədən 215 ton ətir alıb

Azərbaycan bu ilin yanvar-mart ayları ərzində 4,8 milyon ABŞ dollar dəyərində 435,29 ton ətir və tualet suyu idxal edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5,6 % az, miqdar ifadəsində isə 42,2% çoxdur.

Ölkəyə dəyər ifadəsində ən çox ətir Fransadan idxal olunub. Bu ölkə hesabat dövründə Azərbaycana 1,56 milyon dollar məbləğində 21,7 ton ətir və tualet suyu ixrac edib.

Miqdar ifadəsində ölkənin ətir idxalında Çin və Türkiyə liderlik edir. Hesabat dövründə Azərbaycan Çindən  456 min dollar dəyərində 215,8 ton, Türkiyədən isə 457 min dollar dəyərində 60,2 ton ətir idxal edib.

BAXAR.AZ


OXŞAR XƏBƏRLƏR