İqalo 75 milyondan imtina edir

İqalo 75 milyondan imtina edir

Odion İqalo Manchester United-də qalmaq istəyir.

BAXAR.AZ xəbər verir ki, 30 yaşlı hücumçu karyerasını İngiltərədə davam etdirmək niyyətindədir.

Müqavilə ilə məxsus olduğu Çinin Shangai Shenkhua klubu futbolçuya yeni sözləşmə təklif edib. Üç illik anlaşmada İqalo 75 milyon qazanacaq. Ancaq oyunçu bundan imtina etməyə hazırdır.

İqalo 2020-ci ilin qışından Manchester United-də oynayır. O, komandada keçirdiyi 8 matçda 4 qol vurub. 


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR