Messi

Messi "Barselona"dan ayrıla bilər

"Barselona"nın argentinalı ulduzu Lionel Messi ilə klubun idman direktoru Erik Abidal arasındakı qalmaqal daha da şiddətlənib.

 "Bıçağın sümüyə dirəndiyini" görən Messi rəhbərliyin qarşısında vacib şərt qoyub. 

Belə ki, 32 yaşlı futbolçu bir zamanlar "Barselona"da komanda yoldaşı olduğu Abidalın dərhal vəzifəsindən kənarlaşdırılmasını tələb edir.

Bu baş verməyəcəyi təqdirdə, Messi Kataloniya təmsilçisini tərk edəcəyini də dilə gətirib.

Qeyd edək ki, Abdialla Messi arasındakı qalmaqal "Barselona"nın sabiq baş məşqçisi Ernesto Valverdenin gedişindən sonra başlayıb. Abidalın "futbolçular da onu istəmirdi" sözünün ardından Messi fransalıdan konkret ad söyləməsini istəmişdi. Həmin gündən iki tərəf arasında qalmaqallar bitmək bilmir.

offsideplus.az


OXŞAR XƏBƏRLƏR