A seriyasının bərpa tarixi dəyişib

A seriyasının bərpa tarixi dəyişib

Koronavirus pandemiyası üzündən dayandırılan İtaliya A seriyasının 2019/20 mövsümünün bərpası ilə bağlı növbəti qərar qəbul olunub.

Yarışın davam etdiriləcəyi tarix yenidən dəyişdirilib.

Bu barədə ölkənin idman naziri Vinçentso Spadafora açıqlama verib. O bildirib ki, A seriyasında oyunlar iyunun 20-də bərpa olunacaq.

Qeyd edək ki, buna qədər İtaliya çempionatının iyunun 13-də bərpa olunması planlaşdırılırdı.

apasport


OXŞAR XƏBƏRLƏR