Dünyanın ən populyar smartfonunun adı açıqlandı

Dünyanın ən populyar smartfonunun adı açıqlandı

iPhone 11 2020-ci ilin ilk rübündə ən populyar smartfon adını alıb. 

 

BAXAR.AZ xəbər verir ki, bu barədə "9to5mac” nəşri "Omdia” agentliyinin hesabatına istinadən məlumat verib.

 

Yanvar-mart ayları arasında Apple təxminən 19.5 milyon ədəd iPhone 11 satıb. Agentlik şirkətin o dövrdə ən əlverişli flaqmanının digərlərindən böyük bir fərqlə ilk sırada olduğunu müşahidə edib. Samsung Galaxy A51 6.8 milyon ədəd göstərici ilə ikinci yerdə, 6.6 milyon nüsxə satılan Xiaomi Redmi Note 8 isə üçüncü olub.

 

"Omdia” mütəxəssisləri xatırladıb ki, 2019-cu ilin ilk rübündə ən populyar smartfon iPhone 11- in sələfi Phone Xr olub. Eyni zamanda, koronavirus pandemiyası hazırda satışların azalmasına səbəb ola bilməyib: iPhone 11 tədarükü Xr tədarükünü 5.9 milyon ədəd üstələyib. "Omdia” Apple şirkətinin smartfonunun ikinci ildir ki, qlobal bazarda üstünlük təşkil etdiyini qeyd edib. Həm də markanı təmsil edən qurğular müvafiq olaraq beşinci, altıncı və səkkizinci yerləri tutub - iPhone Xr, 11 Pro Max və 11 Pro.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR