30 milyon izləyicisi olan məşhur səhifə Azərbaycanda vurulan qolu paylaşdı - VİDEO
Futbol üzrə dünyanın ən böyük paylaşım səhifələrindən biri olan "433" Azərbaycanda qeydə alınan maraqlı qolu yayımlayıb.
Məşhur səhifə "Facebook", "İnstagram" və "Twitter"də "Şüvəlan" klubunun futbolçusu Nuqzar Kvirtiyanın vurduğu kuryoz qolu paylaşıb.
Qeyd edək ki, həmin səhifəni "instagram”da 30 milyona yaxın insan izləyir.
offsideplus.az