Uels çempionatında qalibin adı açıqlanıb

Uels çempionatında qalibin adı açıqlanıb

Koronavirus pandemiyası üzündən dayandırılan daha bir çempionatın taleyinə aydınlıq gəlib.

Uels Futbol Assosiasiyasının rəhbərliyi mövsümün yarımçıq başa vurulmasına qərar verib.

Uels çempionatının 4 liqasının hamısında mövsümə yekun vurulub. Yekun cədvəl komandaların topladığı orta xallarla müəyyənləşib. Bu da onunla bağlıdır ki, klublar müxtəlif sayda oyun keçirib.

Uels çempionu adına “Konnak” yiyələnib. 26 oyunda 56 xal toplayan komandanın göstəricisi 2,15-ə bərabər olub. Bu, komandanın ilk çempionluğudur. TNS 2,00 xalla ikinci, “Bala Taun” 1,88 xalla üçüncü yeri tutub.

Qeyd edək ki, Avropa ölkələrindən yalnız Belarusda çempionatı dayandırılmayıb, Almaniyada isə yarış bərpa olunub. Belçika, Niderland, Fransa, Şotlandiya, Lüksemburq və Cəbəllütariq isə Uels kimi mövsümü erkən başa vurub. Digər çempionatlar, o cümlədən Azərbaycanda mövsümün taleyi qaranlıq qalır.

apasport


OXŞAR XƏBƏRLƏR